- Transfer
- 15:04 07.12.2025
"Lester" və MOİK-in sabiq futbolçusu Ahmed Musa karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.a, "Fotomac"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu "Qalatasaray"a keçməyə çox yaxındır. Musanın qış transfer dönəmində İstanbul təmsilçisinə transfer olunacağı gözlənilir.
Nigeriyalı futbolçu ötən ay Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləni ləğv edib. O, çempionatın səviyyəsi aşağı olduğu üçün motivasiyasını itirdiyini bildirib.
Qeyd edək ki, Ahmed Musa 2018-ci ildən "Əl-Nəsr"də çıxış edib