- Transfer
- 23:56 09.06.2026
Qarabağ Udineze'nin qapıçısı Simone Skuffet'i heyətinə qatmaq istəyir.
Corner.az-ın xəbərinə görə, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri yazıb. Bildirilir ki, Ağdam klubu italiyalı qolkiper üçün artıq təklif göndərib. "Kasımpaşa"dan altı aylıq icarədən qayıdan 23 yaşlı qapıçının "Qarabağ"a keçə biləcəyi bildirilir.
Onun Qarabağın təklifini düşündüyü və yaxın günlərdə qərarını verəcəyi bildirilib.
Məlumata görə, “Udineze” Skuffeta üçün yeni klub axtarışındadır. O, komanda yoldaşları olan argentinalı Musso və brazilyalı Andradeyə rəqabətdə uduzur.