15 avqust 2026. Şənbə

Borussiya liderlə heç-heçə etdi


Borussiya liderlə heç-heçə etdi

Almaniya Bundesliqasında 16-cı turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. 

Günün ilk oyununda “Verder” öz meydanında “Maynts”ı qəbul edib. Qonaqlar bu görüşdə 5 cavabsız qolla qələbə qazanıblar. “Yunion” da evdə “Hoffenhaym”a məğlub olub. “Auqsburq” isə “Fortuna”nı xalsız yola salıb.

Turun mərkəzi görüşündə lider “Leyptsiq” səfərdə “Borussiya Dortmund”ın qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası
16-cı tur

17 dekabr

Verder – Maynts 0:5
Qol: Kayson, 10; 19; 38. Pavlenka, 15-öz qapısına. Mateta, 81.

Auqsburq – Fortuna 3:0
Qol: Maks, 32; 72. Yedvay, 61.

Borussiya (Dortmund) – Leyptsiq 3:3
Qol: Vayql, 23. Brandt, 34. Sanço, 55 – Verner, 47; 53. Şik, 78.

Yunion – Hoffenhaym 0:2
Qol: Bebu, 56. Baumqartner, 90+1.







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"