7 may 2026. Cümə axşamı

51 illik rekord yeniləndi


51 illik rekord yeniləndi

Almaniya Bunesliqasının 16-cı turu "Borussiya Dortmund"un yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Leypsiq"lə keçirilən görüşdə (3:3) Dortmund təmsilçisinin qollarından birini  Sanço qeyd edib.

Bununla o, Bundesliqa tarixində 22 qol həddinə çatan ən gənc futbolçu olub. İngiltərəli futbolçu buna 19 yaş 267 günlüyündə nail olub. Ona qədər rekord Horts Koppelsə məxsus idi. Koppels 1968-ci ildə çempionatda 22-ci qolunu vuranda 19 yaş 269 günlüyündə idi.

Qeyd edək ki, Ceydon Sanço cari mövsüm Bundesliqada 9 qol, 9 assistlə yadda qalıb.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”