23 oktyabr 2024. Çərşənbə

Burda oynamağın iyrənc olduğunu bilirlər - Nazarov


Burda oynamağın iyrənc olduğunu bilirlər - Nazarov

"Reqensburq" kimi komandaya qarşı ən yaxşı metoddan istifadə etdik".

Corner.az-ın məlumatına görə, bu sözləri millimizin yarımmüdafiəçisi Dmitri Nazarov deyib.

29 yaşlı futbolçunun şərəfini qoruduğu "Aue" klubu Bundesliqa II-nin XVII turunda "Reqensburq"la evdə keçirdiyi görüşdə 1:0 hesablı qələbə qazanıb.

"Bild" nəşrinə açıqlamasında matçı dəyərləndirən Nazarov pleymeyker mövqeyində oynamaqdan məmnun olduğunu söyləyib: "Bu dəfə 3-lü müdafiə sistemi ilə çıxış etdik və mən də hücumçuların arxasında oynadım. Bu sistem ürəyimcə oldu. Özümüzü meydanda çox rahat hiss etdik, əla müdafiə olunduq və qol imkanları yaratdıq. İlin son matçını da evdə keçirəcəyik. Rəqiblərimiz Auedə oynamağın nə qədər narahat və iyrənc olduğunu yaxşı bilirlər".

Qeyd edək ki, Nazarovun komandası hazırda 26 xalla 6-cı pillədə qərarlaşır.







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu