Bundesliqada ilk yarının ən yaxşısı
“Bavariya”nın futbolçusu Robert Levandovski Almaniya Bundesliqasında mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib.
Corner.az xəbər verir ki, “Kicker” nəşrinin apardığı sorğuda 239 futbolçu iştirak edib. Qış fasiləsinə qədər Bundesliqada 19 qo vuran 31 yaşlı forvard səslərin 47.7-ni toplayıb.“Leyptsiq”in hücumçusu Timo Verner (14.6) ikinci, “Borussiya Dortmund”un yarımmüdafiəçisi Jadon Sanço isə 6.7 səsə üçüncü olub.