21 iyun 2026. Bazar günü

Yeni transferdən qol şousu, Borussiya'dan inamlı qələbə


Yeni transferdən qol şousu, Borussiya'dan inamlı qələbə
Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
 “Borussiya Dortmund" bu turda səfərdə “Auqsburq”un qonağı olub. Bol qollu keçən bu oyunda qonaqların yeni transferi Erlinq Haland damğa vurub. Komandasının 1:3 hesabıyla uduzduğu durumda meydana çıxan futbolçu het-trikə edərək “Borussiya”ya əzmkar qələbə qazandırıb.
 
Turnir cədvəlinin vahid lideri “Leyptsiq” isə öz doğma meydanında “Yunion”u qəbul edib və inamlı qələbə qazanıb..
 
Almaniya Bundesliqası
18-ci tur
17 yanvar
 
Şalke – Borussiya (Münhenqladbax) 2:0
Qol: S.Serdar, 48. Qreqoritş, 58.
 
18 yanvar
 
Auqsburq – Borussiya (Dortmund) 3:5
Qol: Nyederlaxner, 34; 55. Rixter, 46 – Brandt, 49. Haland, 59; 70; 79. Sanço, 61.
 
Fortuna – Verder 0:1
Qol: Kastenmayer, 67-öz qapısına.
 
Köln – Volfsburq 3:1
Qol: Kordoba, 22; 45+2. Hektor, 62 – Steffen, 66.
 
Hoffenhaym – Ayntraxt 1:2
Qol: Stafylidis, 48 – Dost, 18. Çandler, 62.
 
Maynts – Frayburq 1:2
Qol: Mateta, 82 – Hoon, 28. Petersen, 41.
 
Leyptsiq – Yunion 3:1
Qol: Verner, 51; 83. Sabitzer, 57 – Bulter, 10.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər