7 may 2026. Cümə axşamı

İtaliyada VAR-a yenilik gətirilir


İtaliyada VAR-a yenilik gətirilir

İtaliya Futbol Federasiyası videotəkrar sistemində (VAR) yenilik etmək niyyətindədir.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, federasiya komandalara etiraz haqqının verilməsi üçün FİFA-ya müraciət edib.

Yeni qayda tətbiq olunsa, A Seriyası təmsilçiləri hakimin VAR-a müraciət etmədiyi epizodlarda etiraz edərək, həmin epizoda baxılmasını tələb edə biləcək.

Qeyd edək ki, son vaxtlar A Seriyasında hakim idarəçiliyindən narazılıq var. Ən son “Napoli”nin baş məşqçisi Cennaro Qattuzo və “Latiso”nun çalışdırıcısı Simeone İnzaqi hakim qərarlarına etirazını bildirib.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”