3 noyabr 2026. Çərşənbə axşamı

Nazarov oynadı, komandası heç-heçə etdi


Nazarov oynadı, komandası heç-heçə etdi
Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə “Osnabryuk”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 8 qola imza atan millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.
 
23 turdan sonra 31 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Almaniya B.L.