11 may 2026. Bazar ertəsi

Borussiya'dan inamlı qələbə, Leyptsiq'dən darmadağın


Borussiya'dan inamlı qələbə, Leyptsiq'dən darmadağın
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub. 
 
 “Borussiya Dortmund” bu turda səfərdə “Verder”in qonağı olub və inamlı qələbə qazanıb.
 
“Leyptsiq” “Şalke”ni, “Köln” isə “Herta”nı 5 cavabsız qolla məğlub edib.
“Hoffenhaym” isə Münhenqladbax “Borussiya”sı ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası, 23-cü tur
 
21 fevral
 
Bavariya – Paderborn 3:2
Qol: Qnabri, 25. Levandovski, 70; 88 – Srbeni, 44. Miçel, 75.
 
22 fevral
 
Borussiya (Münhenqladbax) – Hoffenhaym 1:1
Qol: Ginter, 11 – Ribeyro, 90+2.
 
Frayburq – Fortuna 0:2
Qol: Hoffmann, 37. Tommi, 61.
 
Herta – Köln 0:5
Qol: Kordoba, 4; 22. Kaynts, 37; 62. Ut, 69.
 
Verder – Borussiya (Dortmund) 0:2
Qol: Zaqadu, 52. Haland, 66.
 
Şalke – Leyptsiq 0:5
Qol: Zabitser, 1. Verner, 61. Halştenberq, 68. Anxelinyo, 80. Forsberq, 89.






Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə