5 dekabr 2025. Cümə

Bundesliqada yeni rekordçu


Bundesliqada yeni rekordçu
Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Verder” - “Borussiya” (Dortmund) oyunu qonaqların hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, 19 yaşlı hücumçu bu oyunda da fərqlənərək “Borussiya”da vurduğu qolların sayını 9-a çatdırıb.
 
Norveçli futbolçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçu olub. 
 
Qeyd edək ki, “Verder” - “Borussiya” matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.






Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə