21 mart 2026. Şənbə

Nazarov oynadı, komandası uduzdu


Nazarov oynadı, komandası uduzdu
Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə Drezden “Dinamo”nun qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
25 turdan sonra 34 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.






Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə