21 iyun 2026. Bazar günü

Bəzi qərarlar verməyə məcbur qalacam - Verner


Bəzi qərarlar verməyə məcbur qalacam - Verner

“Leyptsiq”in hücumçusu Timo Verner gələcək karyerası barədə açıqlama verib.

Corner.az xəbər verir ki, 24 yaşlı futbolçu komandadan ayrılma ehtimalının olduğunu gizlətməyib:

“Hazırda futbolçular “Liverpul” və ya “Mançester Siti” kimi bir klubda oynamaq istəyirlər. Bunlar əla məşqçiləri olan komandalardır. Ancaq burada özünüzə bir sual verməlisiniz ki, həqiqətən güclü heyətləri olan bu klublara keçə biləcək ehtimalınız varmı? Bu məqamı nəzərə almaq lazımdır. İkinci seçim böyük dəyişikliklərə ehtiyacı olan komandalardır. Hansıki keçmişdə böyük uğurlar qazansalar da, indi yüksək səviyyədə rəqabət apara bilmirlər. “Mançester Yunayted” bunlardan biridir.  Açığı, “Leyptsiq”də böyük uğurlar qazanıb, nəyəsə nail ola bilib-bilməcəyimlə bağlı çox düşünürəm. Düşünürəm ki, bəzi qərarlar verməyə məcbur qalacam”.

Qeyd edək ki, Vernerin yayda “Liverpul”a transfer olunacağı gözlənilir. 







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər