7 may 2026. Cümə axşamı

Almaniyalı futbolçuda koronavirus aşkarlandı


Almaniyalı futbolçuda koronavirus aşkarlandı

Almaniyanın II Bundesliqasında çıxış edən "Hannover" klubunun futbolçusu Timo Hübers koronavirusa yoluxub.

Corner xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, analizləri müsbət nəticə verən 24 yaşlı müdafiəçi karantinə alınıb. Virusun Hübersə yaxın dostundan keçdiyi vurğulanıb.

Mümkün təhlükənin qarşısını almaq məqsədilə "Hannover" komandasının bütün üzvlərinin koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, "Hannover"in yetirməsi olan Hübers bu mövsüm II Bundesliqada meydana çıxdığı 3 oyunda 1 qol vurub.(report)







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”