23 oktyabr 2024. Çərşənbə

Bundesliqa nəhənglərindən böyük fədakarlıq


Bundesliqa nəhənglərindən böyük fədakarlıq
Bu mövsüm UEFA Çempionlar Liqasında çıxış edən klublar - “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” və “Bayer” koronavirus pandemiyası ilə əlaqədar ciddi itkilərlə üzləşən 1-ci və 2-ci Bundesliqa klublarına maliyyə yardımı göstərəcək.
 
Corner.az xəbər verir ki, bu barədə Almaniya Klublar Birliyi (DFL) məlumat yayıb.
 
Məlumatda bildirilir ki, sözügedən klublar bütövlükdə 20 milyon avroluq yardım edəcəklər. Bunun 12,5 milyon avrosu həmin klubların bu mövsüm teleyayımdan əldə edəcəyi gəlirlərdi. Yerdə qalan 7,5 milyon avroluq yardımı isə klublar özləri DFL-ə təqdim edəcəklər. 20 milyon avronun koronavirusdan əziyyət çəkən klublar arasında necə bölünəcəyinə DFL qərar verəcək.
 
“Bavariya”nın idarə heyətinin rəhbəri Karl-Haynts Rummenigge atdıqları bu addımı belə şərh edib: 
 
“Bu çətin dönəmdə güclülərin zəiflərə dayaq olması çox önəmlidi. Bununla həm də futbolda birlikdə olduğumuzu göstərmək istəyirik”.






Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu