19 sentyabr 2026. Şənbə

Bundesliqa növbəti dəfə təxirə salındı


Bundesliqa növbəti dəfə təxirə salındı

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası aprelin 2-də bərpa olunmayacaq.

Corner.az  xəbər verir ki, bu barədə liqanın icraçı-direktoru Kristian Zayfert yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, çempionat aprelin 30-dək təxirə salınıb. Klublara aprelin 5-nə kimi məşq etməyə icazə verilməyəcəyini deyən Bundesliqa rəsmisi cari mövsümün ləğv olunma variantının da ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Bundesliqa martın 13-də dayandırılmış, oyunlar aprelin 2-dək təxirə salınmışdı.







Almaniya B.L.