21 iyun 2026. Bazar günü

Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? - Alaba


Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? - Alaba

“Bavariya”nın futbolçusu David Alaba həkimlərin koronavirusa qarşı vaksinin Afrika ölkələrində sınaqdan keçirilməsi ilə bağlı təklifinə reaksiya verib.

Corner.az-ın məlumatına görə, 28 yaşlı müdafiəçi şəxsi “Twitter” hesabı vasitəsilə tənqid edib:

"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? Heç vaxt belə irqçiliyi təsəvvür edə bilməzdim. Bu, utandırıcı və yolverilməzdir. Koronavirusa qarşı mübarizə aparmaq üçün hamımız bir araya gəlib çiyin-çiyinə çalışmalıyıq" deyə Alaba bildirib.

Qeyd edək ki, koronavirusa qarşı vaksinin Afrikada sınaqdan çıxarılması təklifini Fransanın paytaxtı Parisdəki xəstəxanalardan birinin reanimasiya şöbəsinin müdiri professor Jan-Pol Mira qeyd edib. Bu təklif sabiq futbolçular Didye Droqba və Samuel Etoonunda ciddi narazılığına səbəb olub.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər