14 avqust 2026. Cümə

Bundesliqa nə zaman başlayır?


Bundesliqa nə zaman başlayır?

Almaniya Futbol Liqasının prezidenti Kristian Zayfert Bundesliqa və aşağı liqalarla bağlı önəmli açıqlama verib.

Corner.az xəbər verir ki, "New York Times"a danışan qurum rəhbəri liqaları mayın əvvəli bərpa edib, iyunun sonunda tamamlamağı planlaşdıqlarını söyləyib: "Koronavirus pandemiyası səbəbindən biz də üzərimizə düşəni etməli və höküməti bu mövzuda dəstəkləməliyik. Matçlara nə zaman başlayacağımızla bağlı hökümətlə də məsləhətləşəcəyik".

K.Zayfert görüşlərin azarkeşsiz keçiriləcəyini və il sonuna kimi bu şəkildə davam edəcəyini də təsdiqləyib.

Klubların iqtisadi cəhətdən çətin durumda olduğunu xatırladan prezident daha sonra söyləyib: "Mövsüm ləğv olunsa, xüsusilə, aşağı liqalardakı komandalar müflis olmaq təhlükəsi ilə üz-üzə qala bilər".(qol)







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"