21 iyun 2026. Bazar günü

Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər


Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlayacağı gözlənilir.

İddiaya görə, matçların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan yeniyetmə, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.

Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.(report)







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər