21 mart 2026. Şənbə

Mənim tanıdığım Bavariya bu deyil - Noyer


Mənim tanıdığım Bavariya bu deyil - Noyer

"Bavariya”nın qapıçısı Manuel Noyer klubuna 2025-ci ilin yayına kimi müqavilə uzatmaq tələbi irəli sürməsinə dair xəbərləri şərh edib.

Corner.az "Bild"ə istinadən xəbər verir ki, o, 2011-ci ildən başlayaraq Münhen təmsilçisi ilə bütün danışıqların qarşılıqlı inam şəraitində keçdiyini söyləyib: “Kənara heç bir xəbər sızmırdı. İndi isə mətbuatda danışıqların detallarına dair məlumatlar yer alır. Çoxusu da səhvdir. Bunlar məni qıcıqlandırır. Mənim tanıdığım “Bavariya” bu deyil. Mən yalnız fiziki imkanlarımın, səhhətimin imkan verdiyi qədər oynamaq istəyirəm. Hər şeydən əvvəl isə mənim üçün vacib olan etibardır”.

Noyer 5 illik müqavilə tələb etməsi barədə məlumatları təkzib edib: “Beş illik müqavilə  nağıldır. İndi 34 yaşım var. 39 yaşımda necə olacağımı deyə bilmərəm. Ona görə də publika ilə aparılan bu müzakirələr mənasızdır. Mənim üçün həmişə klubun rəhbərliyindəki insanlarla qarşılıqlı inam şəraitində işləmək vacib olub. Bir futbolçusu və kapitanı kimi mən “Bavariya”ya sadiqəm”.(qol)







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə