23 oktyabr 2024. Çərşənbə

Nazarovun komandası müflis ola bilər


Nazarovun komandası müflis ola bilər

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” klubu maliyyə problemi ilə üzləşə bilər.

Corner.az "Ostfussball" nəşrinə istinadən xəbər verir ki, klubun koronavirus dönəmində 2.5 milyon avroyadək itki ilə üzləşəcəyi gözlənilir. Bu məbləğ çempionat oyunlarında azarkeşlərin olmaması, sponsorluq məbləğinin və televiziya gəlirlərinin itməsindən yaranıb. Üstəlik, müqaviləsi bitmək üzrə olan 8 oyunçunun klubdakı taleyi qaranlıqdır. 

Lakin Aue təmsilçisinin direktoru Mixael Foyqt bildirib ki, klubun müflis olmaq riski yoxdur: "Son illərdə klubu yaxşı idarə etdik və heç vaxt imkanlarımızdan üstün nəsə etmədik. Belə bir böhranda qarşılığını görürük. Klubun növbəti mövsüm üçün də mükəmməl vəziyyətdə olduğunu təsbit etdik. Kiçik tikinti sahələri hələ də bağlanmalı idi. Prezident Holqe Leonhardtın "Layihə 2023"ü uğurlu oldu. Nəticədə daha az futbolçunun müqaviləsi mövsüm sonunda bitir".

Qeyd edək ki, “Ertsgebirge” hələ ötən il Dmitri Nazarov və digər 5 oyunçu ilə müqaviləni 2023-cü ilin yayına qədər uzadıb. Azərbaycan millisinin 30 yaşlı yarımmüdafiəçisi 2016-cı ildən Aue təmsilçisinin formasını geyinir. (report)







Almaniya B.L.

Keyn 100 min avroya avtomobil alıb
  • Almaniya B.L.
  • 20:28 17.10.2024
Keyn 100 min avroya avtomobil alıb
"Kompani əla məşqçidi"
  • Almaniya B.L.
  • 11:57 13.10.2024
"Kompani əla məşqçidi"
"Bavariya" onu komandada saxlamaq istəyir
  • Almaniya B.L.
  • 23:02 08.10.2024
"Bavariya" onu komandada saxlamaq istəyir
Harri Keynin taleyi məlum oldu
  • Almaniya B.L.
  • 11:45 08.10.2024
Harri Keynin taleyi məlum oldu