21 mart 2026. Şənbə

Bavariya Noyerlə danışıqları bərpa etdi


Bavariya Noyerlə danışıqları bərpa etdi

"Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə ilə bağlı danışıqları bərpa edib.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi 34 yaşlı qolkiperə 3 illik müqavilə və ilinə 12 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir.

Xatırladaq ki, bundan əvvəl alman qolkiper yeni müqavilə ilə bağlı klubu ilə danışıqları dayandırmışdı. O, müqavilə şərtləri ilə bağlı tələblərinin (2025-ci ilin yayına qədər müqavilə, illik 20 milyon avro) mətbuatda yayılması səbəbindən bu addımı atmışdı. Ancaq sonra Noyer qərarını dəyişmişdi və tələblərini azaltmışdı.(qol)







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə