11 may 2026. Bazar ertəsi

Millimizin futbolçusundan sosial şəbəkə etirafı


Millimizin futbolçusundan sosial şəbəkə etirafı

Millimizin və "Erzgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib.

Corner.az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçu "Bild"ə açıqlama verib. 

Nazarov özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib: "Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Erzgebirge"də çıxış edir. 







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə