19 sentyabr 2026. Şənbə

Millimizin futbolçusu koronavirus testindən keçdi


Millimizin futbolçusu koronavirus testindən keçdi

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb. 

Corner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. 







Almaniya B.L.