21 iyun 2026. Bazar günü

Başa düşmürəm, niyə karantində deyilik?


Başa düşmürəm, niyə karantində deyilik?

“Köln”ün iki futbolçusu və bir fizioterapevti koronavirusa yoluxub.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq, komanda məşqlərini davam etdirir. 26 yaşlı yarımmüdafiəçi Birger Verstrate isə bundan narazıdır.

“Klubun virusa yoluxan oyunçuların kimsə ilə əlaqəyə girmədiyinə dair məlumatı doğrudur. Amma fizioterapevt son bir neçə həftədə məni müalicə edib. Koronavirusa yoluxan iki futbolçudan biri ilə isə mən zalda məşq etmişəm. Bizim indi karantində olmamağımız təəccüblüdür. Bunu başa düşmürəm. İndi birinci yerdə futbol yox, bizim sağlamlığımız olmalıdır” – deyə o qeyd edib.(qol)







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər