21 iyun 2026. Bazar günü

Bundesliqa klublarında yeni koronavirusa yoluxma halları aşkarlandı


Bundesliqa klublarında yeni koronavirusa yoluxma halları aşkarlandı

Almaniya Futbol Liqası (DFL) klublardakı koronavirus testlərinin nəticələrini açıqlayıb.

Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas və II Bundesliqada ümumilikdə 1724 nəfərdən götürülmüş analizlərdən sonra virusa 10 yoluxma halı aşkarlanıb.

Futbolçularla yanaşı, klubların digər əməkdaşları da testdən keçiriliblər.

Bildirilib ki, bu həftə analizlərin ikinci mərhələsi olacaq və nəticələr barədə daha sonra məlumat veriləcək. Yeni yoluxma olmayacağı təqdirdə komandalara qrup şəklində məşqlərə başlamaq icazəsi veriləcək.

Daha sonra futbolçular sərbəst şəkildə testdən keçə biləcəklər. Məşqlər bərpa olunduqdan sonra isə oyunçulardan həftədə iki dəfə analiz götürüləcək.

Qeyd edək ki, Almaniyada daha əvvəl bəzi klubların futbolçularında virusun simptomları aşkarlanıb.(report)







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər