21 mart 2026. Şənbə

Afrikalı futbolçu komanda yoldaşlarını pis vəziyyətdə qoydu - VİDEO


Afrikalı futbolçu komanda yoldaşlarını pis vəziyyətdə qoydu - VİDEO

Almaniyanın "Herta" klubunun futbolçusu Salomon Kalu komanda yoldaşlarını çətin vəziyyətdə qoyub.

Corner.az-ın "NTV Spor"a istinadən məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq hücumçusu sosial şəbəkə hesabı vasitəsilə paltardəyişmə otağından canlı yayım açıb.

Nəticədə afrikalı futbolçu istəmədən də olsa, həmin vaxt rəhbərliyin maaş azaltma tələbini tənqid edən Berlin təmsilçisinin digər oyunçusu Vedad İbişeviçin sözlərini ictimaiyyətə çatdırıb.

Bundan başqa, videoda futbolçuların sosial məsafə qaydalarına əməl etmədikləri də üzə çıxıb.

"Herta"lı futbolçuların bu hərəkəti yerli azarkeşlər tərəfindən xoş qarşılanmayıb.(report)







Almaniya B.L.

Edin Cekonun cəzası azaldıldı
  • Almaniya B.L.
  • 20:59 19.03.2026
Edin Cekonun cəzası azaldıldı
 "Borussiya Dortmund"dan inamlı qələbə
  • Almaniya B.L.
  • 21:26 14.03.2026
"Borussiya Dortmund"dan inamlı qələbə