21 iyun 2026. Bazar günü

Bundesliqada koronavirusa yoluxan futbolçuların sayı açıqlandı


Bundesliqada koronavirusa yoluxan futbolçuların sayı açıqlandı

Almaniya Futbol Liqası Bundesliqa və II Bundesliqa komandalarındakı koronavirus testlərinin nəticələrini açıqlayıb. 

Corner.az-ın məlumatına görə, 36 klubda 1 700-dən çox testin aparıldığı və onlardan 10-nun müsbət nəticələndiyi bildirilib. Kimlərin koronavirusa yoluxduğu isə açıqlanmayıb. 

Xəstələr haqqında məlumatın səhiyyə orqanlarına göndərildiyi də vurğulanıb. 

Qeyd edək ki, Almaniya Bundesliqasının mayın 15-də bərpa edilməsi gözlənilir. 

Daha öncə Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" klubunun oyunçuları və əməkdaşları komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması
 səbəbindən karantinə alınıb. (Report)







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər