21 iyun 2026. Bazar günü

Bundesliqanın bərpasına icazə verildi


Bundesliqanın bərpasına icazə verildi

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının davam etdiriləcəyi dəqiqləşib.

Corner.az “Bild”ə istinadən xəbər verir ki, Almaniya hökuməti çempionat oyunlarının mayın ikinci həftəsindən sonra bərpasına icazə verib. 


Almaniya Kansleri Angela Merkelin nazirlərlə bugünkü görüşü zamanı bir sıra sahələrlə yanaşı, futbol mövsümünün davamı məsələsi də müzakirə olunduğu bildirilib. Bütün oyunların azarkeşsiz keçiriləcəyi qeyd olunub.

Bundesliqanın təşkilatçıları ilk oyunun vaxtını özləri seçməlidir. Bu, mayın 15-i və ya 22-si ola bilər.

Qeyd edək ki, Bundesliqa mart ayında, 26-cı turda koronavirus pandemiyasına görə dayandırılıb.(qol)







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər