23 noyabr 2024. Şənbə

Komandanın yarış rejiminə qayıtmasına xoşbəxtəm


Komandanın yarış rejiminə qayıtmasına xoşbəxtəm

Almaniya Bundesliqasının cari oyunları mayın 15-də davam etdiriləcək.

Corner.az-ın məlumatına görə, bu barədə “Sport Bild” bildirib.

Qeyd edilir ki, Almaniya hökuməti matçların mayın ikinci yarısında keçirilməsini bəyənib və Bundesliqaya birinciliyin davam etdirilməsinin dəqiq tarixini sərbəst seçməyə icazə verib.

"Almaniya yığmasının baş məşqçisi kimi mən əlbəttə, milli komandanın oyunçularının yarış rejiminə qayıtmalarına xoşbəxtəm. Bu, yığma üçün əhəmiyyətli addımdır", - Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Xatırladaq ki, Almaniya çempionatı COVID-19 pandemiyasına görə martda dayandırılıb. Analoji tədbirlər dünyanın bütün ölkələrində qəbul edilib. Avropada ən yüksək liqa matçlarının keçirildiyi yeganə ölkə Belarusdur.(report)







Almaniya B.L.

Bundesliqa klubu onu satmaq istəmir
  • Almaniya B.L.
  • 23:13 14.11.2024
Bundesliqa klubu onu satmaq istəmir
"Bavariya"da xoşbəxtəm"
  • Almaniya B.L.
  • 18:16 12.11.2024
"Bavariya"da xoşbəxtəm"
 "Leypsiq" evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:49 09.11.2024
"Leypsiq" evdə xal itirdi