14 avqust 2026. Cümə

Bundesliqa klubunun futbolçularında koronavirus aşkarlandı


Bundesliqa klubunun futbolçularında koronavirus aşkarlandı
Almaniyanın "Dinamo" (Drezden) klubunun 2 futbolçusu koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisinin üzvləri karantinə alınıb.

Klubun idman direktoru Ralf Miqne yeri mətbuata açıqlamasında 14 gün ərzində məşqə və oyuna çıxmaq istəmədiklərini bildirib: "Tibb işçiləri ilə danışırıq. Federasiya ilə də danışmışıq, amma gerçək budur ki, 14 gün karantində olacağıq və bu müddətdə məşq keçə, oyuna çıxa bilmərik".

Qeyd edək ki, Almaniyada əsas Bundesliqa ilə yanaşı, 2-ci Bundesliqada da mayın 16-dan etibarən mövsümün bərpa edilməsi nəzərdə tutulub. Lakin “Dinamo”nun belə vəziyyətlə üzləşməsindən sonra hansı qərarın veriləcəyi sual altındadır.(qol)





Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"