7 may 2026. Cümə axşamı

Bundesliqada baş məşqçilər maska taxmayacaq


Bundesliqada baş məşqçilər maska taxmayacaq

Almaniya Klublar Birliyi baş məşqçilərin Bundesliqada matç zamanı maska taxmaq zəruriliyini aradan qaldırıb.

Corner.az "Bild"ə istinadən xəbər verir ki, bu barədə qurumun direktoru Ansgar Şvenken məlumat verib. O, görüş ərzində məşqçilər arasında məsafənin yetərli olduğunu bildirib. Qurum rəsmisi deyib ki, məşqçilərin maska taxması təlimat vermək kimi vəzifələrini məhdudlaşdırır.

A.Şvenken ehtiyat oyunçular skamyasında oturan şəxslərin isə ağız və burunlarını bağlamalı olduqlarını söyləyib.

Qeyd edək ki, Almaniya Bundesliqasında bu mövsüm sabahdan bərpa olunacaq.(qol)







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”