23 noyabr 2024. Şənbə

Millimizin futbolçusu penalti qolunu velosiped sürməyə bənzətdi


Millimizin futbolçusu penalti qolunu velosiped sürməyə bənzətdi

"Bu, velosipedlə gəzmək kimi bir şeydir. Siz sürməyi sadəcə unutmursunuz. Zərbəni vurarkən də özümə əmin idim. Buna görə də topu aldım".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov "Zandhauzen"i 3:1 hesabı ilə yendikləri Almaniya II Bundesliqasının XXVI tur matçı barədə danışarkən deyib. 5-ci dəqiqədə penaltidən fərqlənən 30 yaşlı hücumçu həmin epizoddan da bəhs edib: "Qayda pozuntusu üzündən rəqib futbolçuya qırmızı vərəqə göstərildikdən sonra çox vaxt keçdi. Buna baxmayaraq, özümüzü tam oyuna verdik və düşünürəm ki, qələbəyə layiq idik".

Nazarov karantin rejiminə əməl etmələrinin çətinliyindən də söz açıb: "Oyun ərəfəsində bir neçə maskadan yararlanmışdım. Bu vasitə bizə hər yerdə lazım olur. Emosiyalara rəğmən, qaydalara düzgün əməl etməyə və özünü qorumağa çalışırsan. Hətta qol sevincini qeyd edərkən də tələblərə riayət etmək asan deyildi. Bununla belə, biz hər şeyin ən yaxşısını etdik".

Azarkeşlər üçün darıxdıqlarını deyən təcrübəli oyunçunun fikrincə, digər komandalar Aueyə gəldikdə onları dolu tribunalar önündə nələrin gözlədiyini bilirlər. O, hazırkı situasiyaya uyğunlaşmağın heç də hamıya asan olmadığını söyləsə də, komandasının bu qələbə ilə irəliyə addım atdığını vurğulayıb: "Gələcəkdə belə qələbə sevinclərini azarkeşlərlə birgə yaşayacağıq. onlara çox ehtiyacımız var. Bu vəziyyətin tezliklə bitəcəyinə ümidvaram".

Nazarov penaltini yerinə yetirdikdən sonra yaşadığı qeyri-adi qol sevincindən də danışıb: "Mən komandanın itoynadanıyam. Qol sevincindən sonra xoş mesajlar aldım, insanların üzlərində təbəssüm yaratdığıma görə sevindim. Hər kəs qol vurduqdan sonra özünəməxsus nə isə edə bilər. Bu hərəkət isə ağlıma anidən gəldi. Hamı mənə sms göndərərək, "gülümsə" dedi və təşəkkürlərini bildirdi".

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Erzsgebirge" 6-cı pilləyə yüksəlib.(report)







Almaniya B.L.

Bundesliqa klubu onu satmaq istəmir
  • Almaniya B.L.
  • 23:13 14.11.2024
Bundesliqa klubu onu satmaq istəmir
"Bavariya"da xoşbəxtəm"
  • Almaniya B.L.
  • 18:16 12.11.2024
"Bavariya"da xoşbəxtəm"
 "Leypsiq" evdə xal itirdi
  • Almaniya B.L.
  • 23:49 09.11.2024
"Leypsiq" evdə xal itirdi