28 yanvar 2026. Çərşənbə

Öpməmişəm, taktikanı izah edirdim


Öpməmişəm, taktikanı izah edirdim

“Bu nə bir öpüş, nə də sevinc göstəricisi idi. Əllərimi Marko Qruiçin üzünə vurduğum üçün üzr istəyirəm. Ona cərimə zərbəsi ilə bağlı taktikanı izah edirdim”.

Corner.az xəbər verir ki, bu sözləri “Herta”nın futbolçusu Dedrik Boyata Almaniya mətbuatına açıqlamasında deyib.

Belçikalı müdafiəçi Bundesliqanın 26-cı turunda “Hoffenhaym”la görüşdə qol sevincini bölüşərkən komanda yoldaşını öpməsini əks etdirən şəklin düzgün anlaşılmadığını bildirib: “Belə bir durumda oynayarkən mütləq diqqətli olmalıyıq. Necə oynamağımıza və necə sevinməyimizə diqqət etməliyik. Bu vəziyyətə uyğun hərəkət etməliyik”.

Xatırladaq ki, "Herta"nın futbolçuları 3:0 hesabı ilə qalib gəldikləri oyunda qol sevinci zamanı sosial məsafə qaydalarını pozublar. Boyatanın sözügedən şəkli isə xeyli müzakirələrə səbəb olub.(qol)







Almaniya B.L.

“Bavariya” Upamekanoya ultimatum verdi
  • Almaniya B.L.
  • 17:19 27.01.2026
“Bavariya” Upamekanoya ultimatum verdi
“Borussiya"dan səfərdə qələbə
  • Almaniya B.L.
  • 23:36 24.01.2026
“Borussiya"dan səfərdə qələbə
“Bayer” 3 xalı tək qolla qazandı
  • Almaniya B.L.
  • 21:01 24.01.2026
“Bayer” 3 xalı tək qolla qazandı
“Leypsiq”dən inamlı qələbə
  • Almaniya B.L.
  • 20:55 24.01.2026
“Leypsiq”dən inamlı qələbə
“Bavariya” evdə "Auqsburq”a uduzdu
  • Almaniya B.L.
  • 20:44 24.01.2026
“Bavariya” evdə "Auqsburq”a uduzdu