19 sentyabr 2026. Şənbə

Nazarov növbəti qolunu vurdu


Nazarov növbəti qolunu vurdu

Almaniya 2-ci Bundesliqasında 27-ci tura start verilib.

Corner.az xəbər verir ki,  millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge"  səfərdə "Nürnberg"in qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Görüşdə 51-ci dəqiqədə məhz millimizin oyunçusu hesabı açıb.

Qeyd edək ki, "Erzgebirge" hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.







Almaniya B.L.