14 avqust 2026. Cümə

Bavariya'ya çatmaq çox çətindir


Bavariya'ya çatmaq çox çətindir
“İlk 30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik. İkinci hissəyə də yaxşı başladıq. Ən azından 1 xala layiq idik”.

Corner.az xəbər verir ki, bu sözləri “Borussiya Dortmund”un baş məşqçisi Lüsyen Favr Bundesliqanın 28-ci turunda evdə “Bavariya”ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis artıq lider “Bavariya”ya çatmağın çətin olduğunu bildirib: “Çempionluq mübarizəsi çox çətin görünür. Sona 6 oyun qalıb və liderlə 7 xallıq fərqimiz var. Artıq “Bavariya”ya çatmaq çox çətindir”.

Qeyd edək ki, 28 turdan sonra “Borussiya”nın 57, “Bavariya”nın isə 64 xalı var.(qol)





Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"