7 may 2026. Cümə axşamı

Maaşını azaltmaqdan imtina etdiyi üçün komandadan kənarlaşdırıldı


Maaşını azaltmaqdan imtina etdiyi üçün komandadan kənarlaşdırıldı

"Union Berlin" klubu futbolçusu Sebastyan Polterin matçlarda iştirak etməyəcəyini açıqlayıb. 

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu pandemiya zamanı əməkhaqqını azaltmaqdan imtina etdiyi üçün komandadan kənarda qalacaq. 

Almaniyalı futbolçu rəhbərliyin qərarı ilə razılaşmayan yeganə futbolçudur. Polterin müqaviləsi yayda sona çatır, klub həmin vaxta qədər futbolçunun məşqə qatılmağa icazə verib. 

Qeyd edək ki, Sebastyan Polter 2017-ci ildən "Union Berlin"də forma geyinir. 







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”