3 noyabr 2026. Çərşənbə axşamı

Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO


Fransalı futbolçudan ABŞ-dakı irqçiliyə etiraz - VİDEO

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Tyuram ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən aksiyaya dəstək nümayiş etdirib.

Corner.az-ın məlumatına görə, fransalı hücumçu Bundesliqanın 29-cu turunun "Union Berlin"lə ev qarşılaşmasının (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını bildirib.

Dünən isə "Şalke"nin amerikalı yarımmüdafiəçisi Ueston Makkenni "Verder"lə matça (0:1) üzərində "Corc üçün ədalət" sözləri yazılmış sarğı ilə çıxıb.

Qeyd edək ki, "Union Berlin"lə görüşdə dubl edən M.Tyuram digər qolu isə 59-cu dəqiqədə rəqib qapısından keçirib. O, fransalı məşhur futbolçu Lilian Tyuramın oğludur.

Xatırladaq ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə boynunu sıxıb.(report)







Almaniya B.L.