21 iyun 2026. Bazar günü

Karantin qaydalarını pozan futbolçular cərimələndi


Karantin qaydalarını pozan futbolçular cərimələndi

Almaniya Futbol Liqası "Borussiya Dortmund"un futbolçuları Ceydon Sanço və Manuel Akancini cərimələyib.

Corner.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna onların karantin rejiminin qaydalarını pozması səbəb olub.

Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar. Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl "Bild" nəşri "Borussiya"nın 6 futbolçusunun karantin qaydalarını pozduğunu yazmışdı.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər