7 may 2026. Cümə axşamı

Nazarov keçmiş klubuna qarşı oynadı


Nazarov keçmiş klubuna qarşı oynadı

Millimizin futbolçusu Dmitri Nazarovun klubu "Erzgebirge" Almaniya II Bundesliqasının 30-cu tur matçında "Karlsrue"ni qəbul edib.

Corner.az-ın məlumatına görə, görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra xalını 41-ə çadıran "Erzgebirge" 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Dmitri Nazarov "Erzgebirge"dən əvvəl 2013 - 2016-cı illərdə "Karlsrue"də çıxış edib.







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”