3 noyabr 2026. Çərşənbə axşamı

Robben Bavariya'nın bazasında məşq etdi


Robben Bavariya'nın bazasında məşq etdi

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben bu gün Münhen klubunun bazasında məşq edib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, o, məşqçi Holqer Broyxun rəhbərliyi altında təxminən 1 saat hazırlıq keçib.

Bild nəşri yazıb ki, Robben karyerasını bərpa etməyi planlaşdırmır, o, sadəcə özünü formada saxlayır.

Qeyd edək ki, A.Robben ötən yay karyerasını başa vurub.(qol)







Almaniya B.L.