7 may 2026. Cümə axşamı

Baş məşqçi qola sevinərkən zədələndi - VİDEO


Baş məşqçi qola sevinərkən zədələndi - VİDEO

“Borussiya”nın baş məşqçisi Lusyen Favr zədələnib.

Corner.az xəbər verir ki, hadisə Almaniya bundesliqasının 31-ci turunun dünən səfərdə “Fortuna”ya qarşı keçirilən oyununda baş verib. Dortmundluların 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə qolu 90+6-cı dəqiqədə Erlinq Holand vurub. Bu zaman isveçrəli mütəxəssis sevinərkən ayağından zədə alıb.

Qeyd edək ki, Favr ötən ilin noyabrında “Borussiya” (Münhenladbax) ilə matçda da qola sevinərkən zədələnmişdi. Hər iki halda problem onun sol ayağında yaşanıb.

Güman edilir ki, bu, 62 yaşlı mütəxəssisin futbolçu karyerası zamanı aldığı köhnə zədə ilə əlaqədardır.(qol)







Almaniya B.L.

“Hakimini dərhal transfer edərdik”
  • Almaniya B.L.
  • 23:32 05.05.2026
“Hakimini dərhal transfer edərdik”