5 dekabr 2025. Cümə

Bavariya'nın futbolçusu sürət rekordunu qırdı


Bavariya'nın futbolçusu sürət rekordunu qırdı

"Bavariya"nın futbolçusu Alfonso Devis Bundesliqanın 32-ci turunda "Verder"i 1:0 hesabı ilə məğlub etdikləri matçda sürət rekordunu qırıb.

Corner.az "Bleacher Report"a istinadən xəbər verir ki, 20 yaşlı cinah müdafiəçisi saatda 36,51 km sürətlə qaçıb. Bundan əvvəl Almaniya çempionatında ən sürətli oyunçu saatda 36.41 km nəticə göstərən Əşrəf Hakimi sayılırdı.

Qeyd edək ki, "Bavariya" səfər qələbəsi sayəsində Almaniya Bundesliqasının qalibi olub. Kanadalı futbolçu bu mövsüm Münhen təmsilçisi ilə 37 matçda meydanda olub, 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 







Almaniya B.L.

Bundesliqa klubu baş məşqçisiz qaldı
  • Almaniya B.L.
  • 21:49 03.12.2025
Bundesliqa klubu baş məşqçisiz qaldı
“Bavariya”dan əzmkar qələbə
  • Almaniya B.L.
  • 21:01 29.11.2025
“Bavariya”dan əzmkar qələbə