- Almaniya B.L.
- 23:58 11.08.2026
"Borussiya Dortmund" klubu qapıçısı Roman Bürki ilə müqavilə müddətini uzadıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Roman Bürki 2015-ci ildən Dortmund "Borussiya"sında çıxış edir. İsveçrəli qapıçı cari mövsüm 36 oyunda meydanda olub və 45 top buraxıb.