21 iyun 2026. Bazar günü

Bundesliqada mövsümə yekun vuruldu


Bundesliqada mövsümə yekun vuruldu

Almaniya Bundesliqasında 2019/2020 mövsümünə yekun vurulub.

Corner.az xəbər verir ki, son turun bütün matçları eyni gündə baş tutub. Çempion "Bavariya" son turda səfərdə "Volfsburq"un qonağı olub və darmadağınla qalib gəlib - 4:0.  "Borussiya Dortmund" eyni hesabla öz meydanında "Hoffenhaym"a məğlub olub.

Bu mövsümün nəticələrinə əsasən, çempion "Bavariya", ikinci "Borussiya Dortmund", üçüncü "Leyptsiq" və dördüncü Münhenqladbax "Borussiya"sı Almaniyanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək. 5-ci "Bayer" və 6-cı "Hoffenhaym" Avropa Liqasının qrup mərhələsində iştirak edəcək. Mövsümü 7-ci pillədə başa vuran "Volfsburq" isə Avroliqanını 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Sonuncu pillələrdə qərarlaşan "Fortuna" və "Paderborn" isə elitanı tərk edib. "Verder" isə Bundesliqada qalmaq üçün pley-off-da oynayacaq.

27 iyun

"Auqsburq" - "Leyptsiq" - 1:2
Qollar
: Verner, 28 (0:1), Varqas, 72 (1:1), Verner, 80 (1:2

"Bayer" - "Maynts" - 1:0
Qol
: Volland, 2

"Borussiya" (Dortmund) - "Hoffenhaym" - 0:4
Qollar
: Kramariç, 8, 30, 48, 50-pen

"Borussiya" (Münhenqladbax) - "Herta" - 2:1
Qollar:
 Hofmann, 7 (1:0), Embolo, 78 (2:0), İbişeviç, 90 (2:1)

"Ayntraxt" - "Paderborn" - 3:2
Qollar
: Rode, 9 (1:0), Silva, 33 (2:0), Dost, 52 (3:0), Draeqer, 55 (3:1), Miçel, 75 (3:2)

"Frayburq" - "Şalke" - 4:0
Qollar:
 Valdşmidt, 20, 57, Şmid, 38, Hoeler, 46

"Union" - "Fortuna" - 3:0
Qollar
: Udja, 27, Qentner, 55, Abdullahi, 9

"Verder" - "Köln" - 6:1
Qollar
: Osaka, 23 (1:0), Raşiça, 27 (2:0), Fuellkruq, 29 (3:0), 55 (4:0), Osako, 58 (5:0), Dreksler, 62 (51), Serqent, 68 (6:1)

"Volfsburq" - "Bavariya" - 0:4
Qollar
: Koman, 4, Kyuizans, 37, Levandovski, 72-pen, Müller, 79







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər