21 iyun 2026. Bazar günü

Qomes karyerasını başa vurdu


Qomes karyerasını başa vurdu

Almaniya millisinin və “Bavariya”nın sabiq futbolçusu Mario Qomes karyerasını bitirib.

Corner.az xəbər verir ki, "Ştutqart"ın 34 yaşlı hücumçusu ötən peşəkar karyerasında sonuncu matçını keçirib.

2-ci Bundesliqada mövsümün son turunda "Darmştadt” ilə ev oyununa start heyətdə başlayan forvard, 82-ci dəqiqədə əvəzlənib. Komandasının 1:3 hesabı ilə məğlub olduğu oyunda meydan sahiblərinin yeganə qolunu da məhz Qomes vurub.

Qeyd edək ki, Qomes karyerası ərzində “Bavariya”, “Beşiktaş”, “Fiorentina”, “Volfsburq” kimi klublarda çıxış edib. 2007-2018-ci illərdə Almaniya millisində oynayan Qomes 78 matçda 31 qol vurub.







Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər