13 avqust 2026. Cümə axşamı

Nazarovun komandasının ilk rəqibi bilindi


Nazarovun komandasının ilk rəqibi bilindi

Almaniya Kubokunda 2020/2021 mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubunun da rəqibi müəyyənləşib.

Aue təmsilçisi ilkin mərhələdə regional liqa klubu "Vürttemberq"lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq. Amma püşk Dortmund "Borussiya"sı ilə "Şalke"ni yox, həmin bölgədəki digər komanda olan "Duysburq"u üz-üzə qoyub.

Qeyd edək ki, 1/32 finalın oyunları 11 - 14 sentyabrda keçiriləcək.(report)







Almaniya B.L.

“Hər şeyə yenidən başlayırıq”
  • Almaniya B.L.
  • 23:58 11.08.2026
“Hər şeyə yenidən başlayırıq”
“Bayer” “Sevilya”nı məğlub etdi
  • Almaniya B.L.
  • 20:18 08.08.2026
“Bayer” “Sevilya”nı məğlub etdi
"Bavariya"da qalmaq istəyirəm"
  • Almaniya B.L.
  • 21:35 03.08.2026
"Bavariya"da qalmaq istəyirəm"