3 noyabr 2026. Çərşənbə axşamı

Tiaqo Bavariya'dan ayrıldı


Tiaqo Bavariya'dan ayrıldı

 "Bavariya"nın futbolçusu Tiaqo Alkantara ilə yollarını ayırıb.

Corner.az-ın məlumatına görə, bu barədə klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge "Mirror" nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, Braziliya əsilli ispan futbolçu özünü başqa komandada sınamaq istəyir: "Onu almaq istəyən klub müəyyən təzminat məbləği ödəməlidir. Nəzərdə tutduğumuz məbləği mətbuata açıqlamaq istəmirəm".

Qeyd edək ki, Alkantara karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcək.







Almaniya B.L.