10 may 2026. Bazar günü

Qarabağ'ın sabiq futbolçusu Bundesliqa klubundan da göndərilir


Qarabağ'ın sabiq futbolçusu Bundesliqa klubundan da göndərilir

 "Ştutqart" klubu futbolçusu Ailton Silva ilə yolları ayırmağa hazırlaşır.

Corner.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçiyə özünə yeni klub tapması tapşırılıb.

Bundesliqaya yenicə vəsiqə qazanmış komandanın sol cinahında rəqabət yüksək olduğundan, braziliyalı oyunçunun meydana çıxma şansı az olduğu vurğulanıb.

Ailtonla Yunanıstanın "Aris" klubu yaxından maraqlanır.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Neftçi"də çıxış etmiş Ailton Silva 2019/2020 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib.







Almaniya B.L.

 “Hoffenhaym”a bir qol bəs etdi
  • Almaniya B.L.
  • 21:58 09.05.2026
“Hoffenhaym”a bir qol bəs etdi
“Leyptsiq”dən çətin qələbə
  • Almaniya B.L.
  • 21:50 09.05.2026
“Leyptsiq”dən çətin qələbə