22 iyun 2026. Bazar ertəsi

Borussiya'dan 44 milyonluq zərər


Borussiya'dan 44 milyonluq zərər
Almaniyanın “Borussiya” (Dortmund) klubu geridə qalan mövsüm üçün maliyyə hesabatını açıqlayıb.
 
Corner.az xəbər verir ki, Dortmund təmsilçisi iyunun 30-da bitən maliyyə ilini 44 milyon avroluq zərərlə başa vurduğunu bəyan edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, qeyd olunub ki, 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 30 iyununa kimi davam edən maliyyə ilində klubun 44 milyon avroluq zərəri olub. Borussiya Dortmund son 10 ildə ilk dəfə ili zərərlə başa vurduğunu bildirib.
 
Qeyd edək ki, “Borussiya”nın belə böyük məbləğdə zərərə düşməsinə səbəb bu ilin əvvəlindən başlayaraq dünyanı sürətlə bürüyən koronavirus pandemiyası olub.






Almaniya B.L.

“Messi mənim üçün nümunədir”
  • Almaniya B.L.
  • 23:05 03.06.2026
“Messi mənim üçün nümunədir”
Bundesliqa klubunda yeni baş məşqçi
  • Almaniya B.L.
  • 23:45 31.05.2026
Bundesliqa klubunda yeni baş məşqçi
Eberl "Bavariya"nı tərk edə bilər
  • Almaniya B.L.
  • 23:42 26.05.2026
Eberl "Bavariya"nı tərk edə bilər